Rusiyanın miqrantlara ehtiyacı artacaq
“Rusiyada, o cümlədən Rusiyanın viza rejimini müəyyən etdiyi ölkələrdən işləyən xarici vətəndaşların sayında artım qeydə alınıb. Bu tendensiya 2030-cu ilə qədər davam edəcək və Rusiya iqtisadiyyatının müvafiq ixtisaslara malik əcnəbi işçilərə olan tələbatını ödəməyi aktuallaşdıracaq”, - sənəddə vurğulanır.
Həmçinin əmək miqrantlarının əhəmiyyətli bir hissəsinin aşağı ixtisaslı mütəxəssislər olduğuna diqqət çəkilir.
Eyni zamanda, dövlət orqanları öz səylərini əmək müqaviləsi və iş icazəsi əsasında müəyyən müddətə konkret işəgötürənlə işləmək imkanı əsasında, ilk növbədə vizasız gələn əcnəbi işçilərin məqsədyönlü və mütəşəkkil işə cəlb edilməsinə keçidin sürətləndirilməsinə yönəltmək niyyətindədirlər.
Bundan əlavə, işəgötürənlərin məsuliyyətinin artırılması və əcnəbi işçilər üçün fiziki şəxslərin gəlir vergisi və sığorta haqlarının ödənilməsi baxımından vergi inzibatçılığının təkmilləşdirilməsi nəzərdə tutulur.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya miqrantlar ehtiyac







Vaxtında, Aydın, Lazımlı!


