FT: “Tramp Putinə səsini qaldırıb | Alyaskanın əks-sədası

   FT: “Tramp Putinə səsini qaldırıb    | Alyaskanın əks-sədası
  17 Oktyabr 2025    Oxunub:788
ABŞ prezidenti Donald Tramp Alyaska ştatının Ankoric şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bir neçə dəfə səsini ucaldıb və danışıqları dayandıracağı ilə hədələyib.
AzVision.az xəbər verir ki, danışıqların gedişindən hali olan mənbələrə istinad edən Böyük Britaniyanın “Financial Times” nəşri belə məlumat yayıb.

“Görüş əl sıxma və “Trampın geniş təbəssümü” ilə başlayıb, lakin bağlı qapılar arxasında “istilik tez bir zamanda buxarlanıb” . Rusiya lideri ABŞ-nin atəşkəs müqabilində sanksiyaları yumşaltmaq təklifini rədd edib”, - qəzet yazır.

Mənbələrin dediyinə görə, danışıqlarda Putinin yalnız bir neçə müşaviri iştirak edib. Putin isə, Ukrayna Moskvanın tələblərini yerinə yetirəcəyi təqdirdə müharibənin bitə biləcəyini vurğulayıb.

Nəşr iddia edir ki, daha sonra Kremlin rəhbəri prezidenti rus knyazlarını, o cümlədən Ryuriki və Müdrik Yaroslavı, habelə 17-ci əsr kazak atamanı Boqdan Xmelnitskini xarıladıb.

- Tramp hadisələrin belə dönüşündən təəccübləndi. O, bir neçə dəfə səsini qaldırdı və bir anda danışıqları tərk edəcəyi ilə hədələdi. Nəhayət, ABŞ prezidenti iclası dayandırdı və nümayəndə heyətlərinin geniş tərkibdə iqtisadi əməkdaşlığın müzakirəsini planlaşdırdıqları planlaşdırılmış naharı ləğv etdi”, - qəzetin mənbələri bildirib.

Sammit günü naharın ləğv edildiyi barədə daha əvəvl Amerikanın “NBC” telekanalı da məlumat yaymışdı.

Kallas: “Putin istədiklərinin hamısını aldı”
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri arasında görüş avqustun 15-də Ankoricdə baş tutub. Görüşdən sonra Tramp bunu “çox yaxşı” sammit adlandırıb. Lakin Amerika lideri sonradan dəfələrlə Moskvanın hərəkətlərindən narazılığını bildirib və yeni sanksiyaların tətbiqi ehtimalını gündəmə gətirib.

Amerika lideri sentyabrda hətta Ukraynanın itirilmiş ərazilərini geri qaytarmağa qadir olduğunu və “bəlkə də daha da irəli gedə biləcəyini” , amma bunun üçün “hərəkət etməli olduğunu” açıqlayıb.

Bu bəyanatlar fonunda Vaşinqtonda Kiyevə “Tomaqavk” qanadlı raketləri və digər silah növlərinin potensial tədarükü ilə bağlı müzakirələr də aparılıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin oktyabrın 17-də Vaşinqtona səfəri ərəfəsində isə telefonla danışan Putin və Tramp öz aralarında yeni görüşün keçirilməsi barədə razılığa gəliblər. Kremlin daha əvvəl bildirdiyi kimi, görüş Amerika tərəfinin təklif etdiyi Macarıstanın paytaxtı Budapeştdə baş tuta bilər. Trampın özü də yaxın iki həftə ərzində Rusiya lideri ilə danışıqların baş tutacağını istisna etməyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Putin   Alyaska  



Xəbər lenti