Zelenski: “Bizə təhlükəsizlik zəmanəti lazımdır”
“Biz hava hücumundan müdafiəni (HHM) müzakirə etdik - bu, bizim üçün çox vacibdir. Biz danışıqlar apardığımız vaxt Ukraynada dron hücumları davam edir. Biz həm silah istehsalı, həm də logistika üzərində işləyəcəyik. Bu, qrafiklər və son tarixlərlə bağlı mürəkkəb məsələdir, lakin əsas odur ki, bizim irəliləməyə davam etdiyimiz barədə müsbət siqnal var”, - Zelenski deyib.
O bildirib ki, atəşkəsdən sonra Putinin yenidən Ukraynanın üstünə yeni təcavüzlə gəlməməsi üçün Kiyevə təhlükəsizlik zəmanəti lazımdır.
Trampla görüşündən sonra “Tomahawk” raketlərinin tədarükləri ilə bağlı jurnalistlərin onun daha nikbin olub-olmadığı barədə sualın cavabında Zelenski müəmmalı şəkildə gülümsəyib.
- Mən realistəm. Onlar bizim hansı silahlara malik olduğumuzu bilirlər və bunu başa düşürlər, “Tomaqavk”lar ilə birlikdə... onlar bizim nəyə qadir olduğumuzu anlayırlar”, - Ukrayna prezidenti deyib.
Prezidentlər həmçinin Trampın Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə gözlənilən görüşünü də müzakirə ediblər.
“Prezident Tramp Rusiya tərəfi ilə dialoqunu mənimlə bölüşdü. Biz bütün siqnalları başa düşürük; onlar yeni deyil. Biz prezident Trampın bu müharibəni sona çatdırmaq üçün Putinə təzyiq göstərəcəyinə ümid edirik”, - Zelenski vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


