Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi keçirilib
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.
Buraxılış mərasimində partlayıcı maddələrin, döyüş sursatlarının və mərmilərin insan həyatı üçün təhlükəsindən danışılıb. Təhlükəli maddələr aşkar edildiyi halda ona toxunmadan dərhal zərərsizlədirmə qrupuna məlumat verilməsi tövsiyə edilib.
Kursu müvəffəqiyyətlə başa vuran məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib. Sonda qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


