Gürcüstan-Azərbaycan birgə gömrük məntəqələri yaradılacaq

  Gürcüstan-Azərbaycan birgə gömrük məntəqələri yaradılacaq
  19 Oktyabr 2025    Oxunub:1640
Gürcüstan Azərbaycanla “bir pəncərə” konsepsiyası üzrə birgə sərhəd-nəzarət buraxılış məntəqələrinin yaradılması üzərində işləyir.
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili belə deyib. Mərkəzi Asiya və Qafqaz ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərlərinin Beynəlxalq Valyuta Fondunun baş direktorunun müavini Bo Li ilə Vaşinqtonda keçirilən birgə görüşdə çıxışı zamanı nazir son illər Gürcüstanda dövlət xidmətlərinin sadələşdirilməsi, rəqəmsal vergitutmanın tətbiqi və effektiv gömrük nəzarətinin həyata keçirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib.

O, əlaqələrin gücləndirilməsi baxımından Azərbaycan, Türkiyə və Ermənistan sərhədlərinədək avtomagistralın tikintisinin başa çatdırılmasının vacibliyini vurğulayıb.

Xutsişvili Orta Dəhlizin əhəmiyyətindən və Gürcüstanın bu layihəyə yönəltdiyi sərmayələrdən də danışıb:

“Orta Dəhlizin səmərəli və stabil marşrut olması, digər marşrutlara qismən alternativə çevrilməsi üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də beynəlxalq maliyyə institutlarının dəstəyi tələb olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti