Luvr muzeyi qarət olunub

Luvr muzeyi qarət olunub
  19 Oktyabr 2025    Oxunub:1374
Fransada Luvr muzeyi qarət olunub.
Bu barədə ölkənin mədəniyyət naziri Raşida Dati və muzeyin mətbuat xidməti məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında baş verib və hazırda araşdırma aparılır. Oğurluğun təfərrüatları, eləcə də oğurlanmış əşyaların dəqiq siyahısı hələlik məlum deyil. İlkin məlumatlara görə, muzeydən Napoleon və İmperatriçanın zərgərlik kolleksiyasına aid əşyalar oğurlanıb. “Apollon Qalereyasından doqquz əşya qarət edilib. Muzey bir gün bağlı qalıb.

Hazırda muzey jandarm nəzarətindədir.

Parisdə yerləşən Luvr muzeyi dünyanın ən böyük muzeyidir və təxminən 73 000 kvadrat metr sərgi sahəsinə malikdir – bu, on futbol meydançasının sahəsindən də böyükdür.

Muzey əvvəllər, 1546-cı ildə Fransız kral ailəsi üçün saray kimi inşa edilib. Sənət həvəskarı I Fransis, Luvru öz sənət kolleksiyasını nümayiş etdirmək üçün nəzərdə tutmuşdu.

1793-cü ildən Luvr rəsmi olaraq açıq incəsənət qalereyası kimi fəaliyyət göstərir.

Bu gün Luvrda 35 000-dən çox sənət əsəri sərgilənir. Onların arasında Leonardo da Vinçinin məşhur Mona Liza rəsm əsəri də var. Muzey gündəlik təxminən 30 000 ziyarətçi qəbul edir.


Röya Əliyeva

AzVision.az



Teqlər:



Xəbər lenti