“Mən Rusiya prezidenti Vladimir Putinlə Donbas məsələsini müzakirə etməmişəm, amma hər iki tərəfin təmas xəttində dayanmasını istəyirəm. Bu vilayətin ərazinin 78%-i artıq Rusiya tərəfindən alınıb, onlar sonra hansısa razılığa gələ bilərlər”, - ABŞ prezidenti Moskva ilə Kiyev arasında ərazi məsələsi üzrə potensial razılaşması barədə deyib.
|
| Rusiya-ABŞ münasibətləri tunelə girir |
Xatırladaq ki, Donald Trampla Vladimir Putin arasında oktyabrın 16-da baş tutan 2 saatdan artıq davam edən telefon danışığından sonra prezidentlər ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər. Bu görüşün Budapeştdə baş tutacağı gözlənilir.
Yeri gəlmişkən, bu telefon danışığından sonra Rusiya prezidentinin investisiyalar üzrə xüsusi nümayəndəsi Kiril Dimitriyev “Putin-Tramp” tunelinin çəkilməsini təklif edib. Onun sözlərinə görə, Berinq boğazının altından keçəcək tunel ABŞ və Rusiyanı birləşdirməklə, regionun təbii sərvətlərin birlikdə mənimsənilməsinə imkan yaradacaq.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


