Bu şəxslərə 1300 manat veriləcək

   Bu şəxslərə 1300 manat veriləcək
  20 Oktyabr 2025    Oxunub:657
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycanda bir sıra ali təhsil müəssisəsində çalışan bir qrup müəllimə pul verəcək.
AzVision.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, agentlik ümumilikdə 36 ali məktəb müəllimi ilə müqavilə bağlayıb.

Müqavilələrə əsasən, ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş həmin müəllimlərə 1 175-1 300 manat məbləğində pul veriləcək.

Pedoqoji heyətin arasında adi müəllimlərlə yanaşı, prorektorlar və müxtəlif vəzifə tutan şəxslər də vardır.

AzVision.az



Teqlər:



Xəbər lenti