Ceyhun Bayramov estoniyalı həmkarı ilə görüşüb | FOTO

Ceyhun Bayramov estoniyalı həmkarı ilə görüşüb |    FOTO
  22 Oktyabr 2025    Oxunub:564
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və estoniyalı həmkarı Marqus Tsaxna arasında təkbətək görüş başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb. Görüş zamanı əsas diqqət qarşılıqlı faydalı siyasi dialoqun genişləndirilməsinə və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinə yönəlib.

Nazirlər iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət və investisiya potensialından tam istifadə edilməsi, həmçinin rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji mənbələri və qoşulma sahələrində tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, eyni zamanda, avqustda keçirilmiş tarixi Vaşinqton Sammitinin əhəmiyyətini və onun nəticələrini vurğulayaraq Azərbaycan və Ermənistan arasında daha geniş regional vəziyyəti, münaqişədən sonrakı normallaşma və sülh prosesini də diqqət mərkəzində saxlayıblar.

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti