Türkiyə vətəndaşı ov qaydalarını pozduğuna görə cərimələnib

Türkiyə vətəndaşı ov qaydalarını pozduğuna görə cərimələnib
  24 Oktyabr 2025    Oxunub:1107
Türkiyə vətəndaşı Şabran rayonunun Xəzər dənizi sahillərində ov qaydalarını pozduğuna görə cərimələnib.
Bu barədə AzVision.az -a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Türkiyə vətəndaşı Mervan Çağrı Tapınç və Bakı şəhər sakini Zahid Həsənov olduğu müəyyənləşib.

Saxlanılan şəxslərin "Niva" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş 3 Şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub, hər birinə 2000 manat məbləğində cərimə tətbiq edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti