Bakı Dövlət Sirki maraqlı proqram təqdim edir

Bakı Dövlət Sirki maraqlı proqram təqdim edir
  25 Oktyabr 2025    Oxunub:1501
Bakı Dövlət Sirki ikiillik fasilədən sonra zəngin beynəlxalq proqramla qapılarını tamaşaçılarına açıb.
AzVision.az xəbər verir ki, oktyabrın 24-də Bakı Dövlət Sirkinin kollektivi daha 6 ölkədən - Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya və Argentinadan gəlmiş tanınmış sirk artistlərinin iştirakı ilə hazırlanan maraqlı proqramın açılışı olub.





Proqram çərçivəsində tamaşaçılar nəfəs kəsən akrobatik nömrələrə, heyrətamiz illüziya şoularına və hər yaş qrupu üçün nəzərdə tutulmuş əyləncəli səhnələrə şahidlik ediblər.




Bakı Dövlət Sirki paytaxt sakinlərini və şəhərimizin qonaqlarını bu möhtəşəm şouya qoşulmağa dəvət edir.





Biletləri iticket.az saytından əldə edə bilərsiniz.




Teqlər: Bakı   Sirk   proqram  



Xəbər lenti