Ankara və London çoxmilyardlıq saziş imzalamağa hazırlaşır

   Ankara və London çoxmilyardlıq saziş imzalamağa hazırlaşır
  27 Oktyabr 2025    Oxunub:1098
Böyük Britaniyanın baş naziri Kir Starmerin səfəri zamanı London Ankaranın “Eurofighter Typhoon” döyüş təyyarələri alması üçün çox milyard dollarlıq müqavilə imzalaya bilər.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Middle East Eye” nəşri belə məlumat yayıb.

Bu ilin iyulunda iki Böyük Britaniya və Türkiyə 40 qırıcı təyyarənin alınması ilə bağlı ilkin razılaşma imzalayıblar və hazırda detallar və texniki göstəricilər müzakirə olunur: Türkiyə tərəfi qiyməti nisbətən yüksək hesab edir.

“İlk 20 təyyarənin Kral Hərbi Hava qüvvələri tərəfindən idarə olunması planlaşdırılır. Bu, təyyarənin mümkün qədər tez döyüş növbəsinə qoyulmasını təmin etmək üçün lazımdır. 20 qırıcı isə daha sonra gətiriləcək. Onların “Tranche 4” kimi tanınan ən son modifikasiyalı təyyarələ olacağı da məlumdur”, - mənbələr bildiriblər.

Türkiyə “Eurofighter” qırıcıları alacaq | VİDEO
Qeyd edək ki, əvvəllər Avropa istehsalı olan döyüş təyyarələri ilə heç bir əlaqəsi olmayan Türkiyə yalnız “F-4” və “F-16” kimi Amerika təyyarələrinə güvənirdi. Bu təyyarələrin ABŞ-nin “F-35” qırıcıları ilə əvəzlənməsi nəzərdə tutulurdu. Lakin uzun müddət davam edən qeyri-müəyyənlikdən sonra onların alınması ilə bağlı razılaşma siyasi səbəblərdən pozuldu.

Bundan sonra Ankara sürətlə köhnələn hava qüvvələrini tez bir zamanda gücləndirmək üçün yollar axtarır. eyni zamanda nin özünün “Kaan” döyüş təyyarəsi layihəsi inkişaf mərhələsindədir. Amma bu təyyarənin 2028-ci ildən tez hərbi hava qüvvələrinin arsenalına veriləcəyi gözlənilmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ankara   London   saziş  



Xəbər lenti