Karlson Zelenskinin Ukraynanı “məhv etmək” planını açıb

 Karlson Zelenskinin Ukraynanı “məhv etmək” planını açıb
  28 Oktyabr 2025    Oxunub:956
Kiyev rejimi kişi əhalisinin əksəriyyətinin yoxa çıxdığı Ukraynanı miqrantlarla doldurmaq niyyətində idi.
AzVision.az xəbər verir ki, amerikalı jurnalist Taker Karlson “YouTube”-da ABŞ-nin “RTVI” telekanalına müsahibəsində belə deyib.

Onun fikrincə, hətta NATO ilə birlikdə Ukrayna bu müharibədə qalib gələ bilməz. Bu müharibə millət kimi qalmayacaq Ukraynanı artıq məhv edib.

“Kiyev rejimi qanunu dəyişdirdi ki, əcnəbilər kənd təsərrüfatı torpaqları ala bilsinlər. Ölkənin kişi əhalisi məhv edilib. Onlar həmin torpaqları üçüncü dünya ölkələrindən gələn miqrantlarla məskunlaşdırmağı planlaşdırırlar və artıq Ukrayna olmayacaq. Mən, həqiqətən, onların belə planı olduğuna inanıram”, - amerikalı jurnalist iddia edib.

Karlsonun sözlərinə görə, Ukraynada baş verənlər onun ABŞ hüdudlarından kənarda gördüyü ən kədərli hadisədir.

Statistik məlumatlara əsasən, səfərbərlik nəticəsində ölkənin demoqrafik vəziyyəti qismən pisləşir. 2022-ci il fevralın 24-də Ukraynada hərbi vəziyyət elan edilib və ertəsi gün prezident Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağandır.

Keçən ilin oktyabrında “Time” jurnalı Volodimir Zelenskinin köməkçisinə istinadən Ukrayna Silahlı qüvvələrinin əhəmiyyətli itkilər verdiyini və hərbi xidmətə çağırış idarələrinin orta yaşı 43 olan vətəndaşları hərbi xidmətə çağırmağa başlandığını bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Karlson   Zelenski   Ukrayna  



Xəbər lenti