Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə yola düşüb

   Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə yola düşüb
  29 Oktyabr 2025    Oxunub:415
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb.

AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində, xarici işlər nazirinin 30-31 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında iştirakı və çıxışı, həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

AzVision.az



Teqlər:



Xəbər lenti