İtkin şəhid Elçin Quliyev torpağa tapşırılıb

   İtkin şəhid Elçin Quliyev torpağa tapşırılıb
  30 Oktyabr 2025    Oxunub:967
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Balaxan oğlu Quliyev oktyabrın 30-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.
AzVision.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Elçin Quliyev 1965-ci il oktyabrın 15-də anadan olub. O, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşüb. Elçin Quliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.

AzVision.az



Teqlər:



Xəbər lenti