WP: “ABŞ İsraildən şübhələnir”

      WP:    “ABŞ İsraildən şübhələnir”
  31 Oktyabr 2025    Oxunub:1224
ABŞ Dövlət Departamentinin məxfi hesabatında İsrail qüvvələrinin Qəzza zolağında yüzlərlə insanın haqlarının pozulması şübhəsi öz əksini tapıb.
“The Washington Post (WP)” nəşrinə istinadən xəbər verir ki, təhqiqatın illər çəkə biləcəyi hesabatda İsrail hərbçiləri tərəfindən yüzlərlə insanın haqlarının pozuntuları barədə məlumatlar yer alıb.

“Bu, ABŞ-nin “İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatların miqyasını tanıdığı” ilk sənəddir. Bu sənəd insan haqlarının kobud şəkildə pozulması ilə bağlı etibarlı məlumatlarla xarici qüvvələrə hərbi yardım göstərilməsini qadağan edən Lihi Aktına aiddir”, - qəzet diqqətə çatdırır.

Tramp: “Qəzzada müharibə bitib” | Yenilənib-VİDEO
Nəşrin iddiasına görə, hesabat oktyabrın 10-da Qəzza zolağında atəşkəsin qüvvəyə minməsindən bir neçə gün əvvəl hazırlanıb.

Xatırladaq ki, oktyabrın 9-da İsrail və Fələstinin HƏMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Qəzzada atəşkəs oktyabrın 10-dan qüvvəyə minib.

Bununla belə, HƏMAS-ın əldə olunan razılaşmanı pozduğunu iddia edən İsrail ötən dövr ərzində Qəzza zolağına bir neçə dəfə zərbələr endirib. Maraqlıdır ki, Amerika lideri Donald Tramp, öz növbəsində, isə İsrailin buna haqqı çatdığını bəyan edib.

Sahil İsgəndərov


Teqlər:   ABŞ   İsrail   şübhə  



Xəbər lenti