DTA tabeliyindəki qoruqlara gələn turistlərin sayı açıqlanıb

   DTA tabeliyindəki qoruqlara gələn turistlərin sayı açıqlanıb
  31 Oktyabr 2025    Oxunub:1131
"2025-ci ilin ilk 9 ayında Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki qoruqlara 706 min turist baş çəkib".
Bu barədə Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatda məlumat verib. O diqqətə çatdırıb ki, turistlərin 547 min nəfəri (77%) xarici, qalanları isə yerli turistlərdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayı 25% artıb. Bu göstəricidə xarici turistlərin artım payı 10%-dir.
Murad Ağabəyli: "Xarici turistlərin qoruqlarımıza marağı artır" | FOTOLAR

Murad Ağabəylinin verdiyi məlumata əsasən, 2025-ci ilin ilk 9 ayında müxtəlif qoruqlara baş çəkən turistlərin sayı aşağıdakı kimidir:

"Yanardağ" – ümumilikdə 226 min turist. Xarici turistlərin sayı: 204 min (90%);
"Atəşgah" – ümumilikdə 198 min turist. Xarici turistlərin sayı: 181 min (91%);
"Yuxarı Baş" – ümumilikdə 140 min turist. Xarici turistlərin sayı: 69 min (49%);
"Palçıq vulkanları" – ümumilikdə 42 min turist. Xarici turistlərin sayı: 38 min (90%);
"Kiş" – ümumilikdə 37 min turist. Xarici turistlərin sayı: 18 min (48%);
Digər qoruqlar – ümumilikdə 42 min turist. Xarici turistlərin sayı: 16 min (40%).

(DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli)

"Bir sıra nisbətdə xarici turistlərin üstünlüyü göstərir ki, bu qoruqlara onların marağı daha çoxdur. Əlbəttə, bu statistika yalnız bilet satışı əsasında aparılıb. Əslində isə, qoruqlara daha çox insan gəlir", – sədr bildirib.

O həmçinin diqqətə çatdırıb ki, Şəki Dövlət Rəsm Qalereyası DTA tərəfindən bərpa olunaraq hazırlanmış yeni turizm istiqamətlərindən biridir.

AzVision.az


Teqlər:   DTA   qoruqlar  



Xəbər lenti