Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşüb | YENİLƏNİB
Görüşdə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Bu əməkdaşlığın ortaq prinsiplər və qarşılıqlı dəstək əsasında qurulduğu qeyd olunub.
Hər iki nazir Azərbaycan-Əlcəzair tərəfdaşlığının daha da dərinləşdirilməsi əzmini ifadə edib, bu əməkdaşlığın regionlarda və onun hüdudlarından kənarda sülhə, inkişafa və rifaha töhfə verəcəyini bildiriblər.
* * *
14:34
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşü başlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, hazırda görüş davam edir.
AzVision.az
Teqlər: XİN







Vaxtında, Aydın, Lazımlı!


