Rusiyalı müalifətçi FTX-yə işləyirmiş
“Mən sevdiyim işlə məşğul olmalı, Rusiya müxalifəti arasında karyeramı yüksəltməli, yeni insanlarla tanış olmalı və sonda Federal Təhlükəsizlik Xidmətinə (FTX) hesabat verməli idim. Mənə elə gəlirdi ki, zərərdən çox yaxşılıq edirəm”, - müxalifətçi deyib.
Polşa prokurorluğu 2024-cü ilin dekabrında İqor Roqovu və onun arvadı İrinanı casusluqda ittiham ediblər. İttihamlar 2025-ci ilin oktyabrında məhkəməyə göndərilib.
İstintaqın məlumatına əsasən, o, 2024-cü ilin iyulunda partlayıcı qurğular olan bağlamanın göndərilməsində və qəbulunda iştirak edib. Müstəntiqlər həmçinin onun FTX ilə əməkdaşlıq etdiyini və Rusiya müxalifətçiləri haqqında məlumat topladığını düşünürlər. Bu məlumatları daha sonra onun arvadı FTX-yə çatdırıb.
Xatırladaq ki, “Açıq Rusiya” ictimai hərəkatının koordinatoru olan İqpr Roqov Ukrayna ilə genişmiqyaslı müharibə başlayandan sonra Polşada siyasi sığınacaq alıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


