Avropa Komissiyası Gürcüstan haqqından qərar verib

Avropa Komissiyası Gürcüstan haqqından qərar verib
  04 Noyabr 2025    Oxunub:451
Avropa Komissiyası Gürcüstanı "nominal" Avropa İttifaqına namizəd ölkə kimi təsnif edib.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Avropa Şurasının 2024-cü ilin dekabr tarixli qərarlarından sonra Gürcüstanın demokratik prinsiplərdən geri çəkilməsini nəzərə alaraq, Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq namizəd ölkə hesab edir", - deyə, Aİ-nin bəyanatında qeyd edilib.

Bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Aİ-nin Rusiya ilə münaqişəyə girməkdən imtina etdikdən sonra Gürcüstanı şantaj etdiyini bildirmişdi.

AzVision.az



Teqlər:



Xəbər lenti