AzVision.az İran mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarında İran hökumətinin dəstəyi ilə həyata keçirilən hücumlarda bu şəxslərin qohumlarını itirdikləri və ya yaralandıqları bildirilir.
“İstər İran hökumətinin, istərsə də onun dəstəklədiyi terrorçu qrupların alçaq hərəkətləri nəticəsində, nə qədər böyük olsa da, qurbanların itirdiklərini heç bir pul əvəz edə bilməz”, - məhkəmənin hökmündə vurğulanır.
Xatırladaq ki, bundan əvəvl bəzi KİV-lər İsraillə birbaşa toqquşma təhlükəsinin artması fonunda Tehranın İraqdakı müttəfiq qruplaşmalarının silahlandırılmasını və təlimlərini gücləndirdiyini yazmışdı.
Sahil İsgəndərov
AzVision.az