“Zərər çox böyük idi. Lakin bizim hesablamalarımıza görə, 60%-ə qədər zənginləşdirilmiş uranın hamısı olmasa da çoxu, eləcə də 20%, 5% və 2%-i hələ də İrandadır. Material hələ də oradadır və biz onu heç bir son məqsədlə əlaqələndirməsək də, aydındır ki, belə yüksək zənginləşdirmə səviyyəsində, silah dərəcəsinə yaxın olan materialın mövcudluğu narahatlıq doğurur”, - Rafael Qrossi vurğulayıb.
|
| ABŞ İrana zərbələr endirib | VİDEO |
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından bir sutka keçməmiş Tehran cavab tədbirlərinə əl atıb. Bundan 9 gün sonra ABŞ İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.
İyunun 23-ü axşam saatlarında isə İran Yaxın Şərqdəki ən böyük Amerika aviabazasına, Qətərdəki Əl-Udeyd aviabazasına hava hücumu həyata keçirib. Bunun ardınca ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında iyunun 24-dən qüvvəyə minən atəşkəs elan edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


