Moskva “3+3” formatında israrlıdır

   Moskva “3+3” formatında israrlıdır
  05 Noyabr 2025    Oxunub:923
Cənubi Qafqazda vəziyyət tədricən sabitləşir və 3+3 platformasının məşvərət qrupunun işinin bərpası sülh prosesinin irəliləməsi üçün çox vacibdir.
AzVision.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB dövlətləri Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçirilən görüşündə belə deyib.

“Ümumilikdə, Cənubi Qafqazda vəziyyətin yaxşılaşması tendensiyası müşahidə olunur. Bununla belə, biz hesab edirik ki, sülh prosesi ilk növbədə regional ölçülərə malik olmalıdır. Bu kontekstdə “3+3” platformasının məsləhətçi və regional qrupunun işini bərpa etmək vacib məsələdir”, - rusiyalı məmur vurğulayıb.

Onun sözlərinə görə, bu müstıəvidə əsas amil regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasıdır ki, bu barədə də əvvəllər üçtərəfli işçi qrupu çərçivəsində razılıq əldə olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şoyqu   3+3  



Xəbər lenti