Rəvan Həsənov: "Azərbaycanın müxtəliflik anlayışı dünyaya nümunədir"

      Rəvan Həsənov:    "Azərbaycanın müxtəliflik anlayışı dünyaya nümunədir"
  05 Noyabr 2025    Oxunub:752
"Əksər ölkələrdə müxtəliflik anlayışı, adətən, təhdid sayılır, ancaq Azərbaycanda isə bu məsələdə tamamilə fərqli reallıq mövcuddur".
Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən "Fərqliliyin rəngi" adlı festivalda dilə gətirib. O diqqətə çatdırıb ki, Azərbaycanda fərqlilik sevgi və hörmət mənasında anlaşılır.

"Tarixi reallıq müstəvisində aydın görürük ki, dövlətin bu cür fərqlilik anlayışını qoruması hansı dərəcədə vacibdir. Bu məqamın ən bariz nümunəsi məhz Vətən müharibəsidir. Müxtəliflik içində milli birliyimiz Vətən müharibəsində qələbə qazanmağımızın ideoloji zəminidir", - Rəvan Həsənov bildirib.

AzVision.az


Teqlər: DQİDK   festival  



Xəbər lenti