Sudanda hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb

Sudanda hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb
  05 Noyabr 2025    Oxunub:419
Sudanın Babanus şəhəri yaxınlığında hərbi-nəqliyyat təyyarəsi qəzaya düşüb.
AzVision.az Sudanın "Tribune" qəzetinə istinadən xəbər verir ki, qəzanın səbəbi texniki nasazlıq olub. Təyyarə yük daşıma missiyasını başa vurduqdan sonra hava gəmisinin sağ qanadında qəfil nasazlıq yaranıb.

Nəticədə hava gəmisi idarəetməni itirərək alışıb və yerə çırpılıb. Qəza nəticəsində bütün ekipaj üzvləri həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti