Brüssel Belqrad qarşısında tələb qoyub
“Ruslara Serbiya vətəndaşlığının verilməsi və bununla da onlara Aİ-yə vizasız girişin verilməsi təcrübəsi birlik üçün potensial təhlükəsizlik riskləri yaradır. Halbuki, Rusiya vətəndaşlarına pasportların verilməsinin məhdudlaşdırılması tələbi yeni üzv dövlətlərin qəbulu ilə bağlı Aİ-nin siyasətini müəyyənləşdirən Genişlənmə Paketində yer alıb”, - sənəddə vurğulanır.
Brüssel Serbiyanın Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina etməsinə də diqqət çəkib. AK Belqradın Aİ Şurasının bəzi qərarlarını, o cümlədən Rusiyanın hərəkətlərini pisləyən qərarları qismən dəstəklədiyini, lakin eyni zamanda “Moskva ilə yüksək səviyyədə əlaqələri və anti-Qərb təbliğatı elementləri ilə ritorikasını qoruyub saxladığını” bildirib.
Aİ həmçinin qeyd edib ki, Serbiya prezidenti Aleksandar Vuçiç Rusiya rəhbərliyi ilə “nümayişkarənə əlaqələr” saxlayır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


