Ermənistan müdafiə xərclərini artırır

   Ermənistan müdafiə xərclərini artırır
  06 Noyabr 2025    Oxunub:711
Ermənistan hökuməti ölkənin müdafiə ehtiyacları üçün əlavə 4 milyard 371 milyon dram (təqribən 11 milyon dollar) əlavə vəsait ayıracaq.
Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vəsait sərhədlərin təhlükəsizlik və toxunulmazlığını nəzarətdə saxlamaq üçün işlədiləcək.

Məlumat üçün bildirək ki, Ermənistanın 2025-ci il üzrə dövlət büdcəsində 660 milyard dram (1,717 milyard dollar) müəyyənləşdirilib. Bu rəqəm 2024-cü ilin büdcəsi ilə müqayisədə 115 milyard dram (300 milyon dollar) çoxdur. İrəvan gələn il isə ümumi müdafiə xərclərini 560 milyard dramda (1,455 milyard dollar) qərarlaşdırmağı planlaşdırır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   büdcə   müdafiə   artım  



Xəbər lenti