FETÖ-yə növbəti zərbə: 178 nəfər saxlanılıb | VİDEO

 FETÖ-yə növbəti zərbə:    178 nəfər    saxlanılıb |  VİDEO
  07 Noyabr 2025    Oxunub:448
Türkiyənin ümumilikdə 45 vilayətində son iki həftə ərzində FETÖ terror təşkilatına qarşı növbəti genişmiqyaslı əməliyyatlar keçirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya özünün "X" hesabında məlumat verib. O diqqətə çatdırıb ki, əməliyyat müxtəlif vilayətlər üzrə baş prokurorluqların, terrorçuluqla mübarizə, habelə kəşfiyyat idarələrinin birgə iştirakı ilə baş tutub.

Saxlanılanlar FETÖ-nün gizli mesajlaşma proqramı "ByLock"dan istifadədə, təşkilatın müxtəlif strukturlarında (maliyyə, tələbə, hərbi və s.) iştirakda, rəhbər şəxslərlə əlaqə saxlamaqda şübhəli bilinirlər.

Şübhəlilərin 67-si haqqında həbs qətimkan tədbiri seçilib, qalanları ilə əlaqəli istintaq tədbirləri aparılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   FETÖ   antiterror   əməliyyat  



Xəbər lenti