Türkiyə ordusunda yeni haubitsalar | VİDEO

Türkiyə ordusunda yeni haubitsalar    | VİDEO
  07 Noyabr 2025    Oxunub:1445
İnteqrasiya edilmiş “T-155 TTA Panter” haubitsası noyabrın 5-dən Türkiyə Silahlı qüvvələrinin arsenalına daxil olub.
AzVision.az xəbər verir ki, “SavunmaSanayiST.com” nəşri özünün “X” sosial şəbəkəsindəki səhifəsində belə paylaşım edib.

“T-155 TTA Panter” yedəkli “Panter” haubitsasına əsaslanan və “MKE” şirkəti tərəfindən modernləşdirilmiş 155 mm-lik inteqrasiya olunmuş artilleriya sistemidir. Silah “BMC” şirkətinin hazırladığı taktiki 8x8 təkərli şassi üzərində quraşdırılıb və “ASELSAN” istehsal etdiyi atəşə nəzarət sistemi ilə təchiz olunub.

Yüksək hərəkət bacarığı və müasir elektron sistemləri sayəsində haubitsa tez bir zamanda mövqe tutmaq və uzaq məsafələrdə dəqiq atəşi təmin etmək qabiliyyətinə malikdir.

Üçillik sınaq proqramı zamanı onun prototipi müxtəlif relyeflərdə 20 min kilometrdən çox məsafə qət edərək müxtəlif atəş şəraitində təxminən 350 atəş açıb. Ekoloji və istismar sınaqları da aparılıb, nəticədə sistem müvəffəqiyyətlə kvalifikasiyadan keçib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Panter   haubitsa  



Xəbər lenti