Zəfərin 5 illiyinə həsr olunan ingiliscə kitab çap olunub

Zəfərin 5 illiyinə həsr olunan ingiliscə kitab çap olunub
  08 Noyabr 2025    Oxunub:1074
Mədəniyyət Nazirliyinin sifarişi ilə 44 günlük Vətən müharibəsində zəfərimizin 5 illiyinə həsr olunmuş "The Great Victory. 44 days 23 hours 43 minutes" adlı kitab işıq üzü görüb.
AzVision.az xəbər verir ki, Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarının, xalqa müraciətlərinin, tvitlərinin, xarici media nümayəndələrinə müsahibələrinin, xarici ölkələrin dövlət başçıları ilə görüşlərinin və birgə bəyanatlarının əks olunduğu kitabda Zəfərdən sonra başlanan bərpa və quruculuq işləri, eləcə də 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatı mövzularına da toxunulub.

Kitab şanlı Zəfərimizin xarici ölkələrdə təbliği məqsədilə ingilis dilində çap edilib.

AzVision.az


Teqlər: Zəfər   kitab  



Xəbər lenti