Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub

   Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub
  08 Noyabr 2025    Oxunub:1217
Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli Parkında Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil olunub.
AzVision.az xəbər verir ki, konsertdəə bakılılarla yanaşı, paytaxt qonaqları da böyük maraqla iştirak ediblər.

44 günlük Vətən müharibəsinin beşinci ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Parkı, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə “Xarıbülbül” nişanı və Qələbə şüarlarları əks olunub.

Bayram konsertindən sonra baş tutan atəşfəşanlıq qalib ölkənin, günü-gündən gözəlləşən paytaxtın səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq tədbirə gələnlər tərəfindən xüsusi coşqu ilə qarşılanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti