Gəncədə Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

   Gəncədə Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
  08 Noyabr 2025    Oxunub:536
Gəncə şəhərində Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.
AzVision.az xəbər verir ki, tədbir Heydər Əliyev Meydanında baş tutub.

Bayram konsertində respublikanın tanınmış mədəniyyət xadimləri və incəsənət nümayəndələrinin ifasında vətənpərvər mahnılar səsləndirilib, milli rəqslər nümayiş etdirilib.

Tədbiri şəhər rəhbərliyi, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və şəhər sakinləri böyük coşqu və qürur hissi ilə izləyiblər.

Konsert proqramının sonunda 8 Noyabr – Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti