Kənan Quluzadə: “Nar Festivalı” Azərbaycanın çox turist cəlb edən festivallarından biridir

      Kənan Quluzadə:    “Nar Festivalı” Azərbaycanın çox turist cəlb edən festivallarından biridir
  09 Noyabr 2025    Oxunub:1366
Göyçayda keçirilən “Nar Festivalı” Azərbaycanın turizm təqvimində özünəməxsus yer tutan, peşəkar şəkildə təşkil olunan və ən çox turist cəlb edən festivallarından biridir.
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, festivalda təxminən 30 mindən çox şəxs iştirak edir: “Əksəriyyət Azərbaycanın müxtəlif bölgələrindən və Bakı şəhərindən gələn ziyarətçilərdir. Turizm şirkətləri bu səfərləri təşkil edir. Eyni zamanda xarici qonaqlar və xarici media nümayəndələri də tədbiri işıqlandırmaq üçün festivaldadır”.

O, qeyd edib ki, “Nar Festivalı”nın əsas məqsədi narçılıq ənənələrini qorumaq, təbliğ etmək və regionun turizm potensialını artırmaqdır: “Bu, Azərbaycanın brendləşmiş turizm festivalıdır. Təkcə ölkə daxilində deyil, həm də xaricdə tanınır. Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu il boyu bu festivalın xaricdə tanıdılması, sərgilərdə və tədbirlərdə PR və marketinq işləri ilə məşğul olur. Belə qonaqlar var ki, Azərbaycana məhz bu festivala görə səfər edirlər. Biz bunun bir çox dəfə şahidi olmuşuq”.

AzVision.az





Teqlər:



Xəbər lenti