Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra universitetin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Gülnur Ağakişiyeva Azərbaycana dair təqdimat edib. O, xarici qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, Zəfər tarixi, sülh prosesi və avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında imzalanan sülh razılaşması barədə məlumat verib.
Daha sonra tələbələr arasında sözügedən təqdimatda verilən məlumatlarla bağlı sual-cavab yarışı keçirilib. Yarışın nəticələri göstərib ki, tələbələr təqdimata yüksək dərəcədə maraq göstəriblər və verilən sualların böyük qisminə doğru cavab veriblər.
Ardınca tədbirin təşkilatçıları xarici tələbələri maraqlandıran sualları cavablandırıblar. Sonda iştirakçılara Azərbaycan milli mətbəxindən müxtəlif təamlar təqdim edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


