Pekin Vaşinqtona güzəştə gedib

Pekin Vaşinqtona güzəştə gedib
  10 Noyabr 2025    Oxunub:1049
Çin hökuməti ABŞ müəssisələri, təşkilatları və fiziki şəxslərinə məxsus və ya icarə olunan gəmilərə qoyduğu xüsusi liman rüsumlarını ləğv edib.
AzVision.az xəbər verir ki, Çin hökumətinə istinad edən yerli media orqanları belə məlumat yayıb. Bundan başqa, Cənubi Koreyanın ən iri gəmiqayırma şirkətlərindən olan “Hanwha Ocean”ın ABŞ ilə əlaqəli 5 müəssisəsinə tətbiq edilə sanksiyalar da aradan qaldırılb.

Xatırladaq ki, Çinin Nəqliyyat nazirliyi ABŞ-nin Çin gəmilərinə əlavə liman rüsumları tətbiq etmək qərarına cavab olaraq oktyabrın 14-dən ABŞ gəmilərinə xüsusi rüsumlar qoymuşdu.
Rəsmi Pekin oktyabrın 14-də ABŞ-nin Çinin dənizçilik, gəmiçilik və logistika sahələrinə yönəlmiş tədbirlərinə cavab olaraq “Hanwha Ocean”ın ABŞ ilə əlaqəli olan 5 müəssisəsinə sanksiya tətbiq edəcəyini açıqlamışdı.

Lakin Çinin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində keçirilmiş görüşdə iki ölkə arasında iqtisadi-ticari məsələlərin həllinə dair razılıq əldə olunub.

AzVision.az



Teqlər: Çin   ABŞ   gəmilər  



Xəbər lenti