Abucada Tarixi Qələbə: Nigeriya və Niger Dünya Çempionatına vəsiqə qazanıb

   Abucada Tarixi Qələbə:    Nigeriya və Niger Dünya Çempionatına vəsiqə qazanıb
  10 Noyabr 2025    Oxunub:1244
Nigeriyanın paytaxtı Abucada yerləşən Guards Polo Club meydanında keçirilən Afrika Çövkən Çempionatı 8 noyabr-da başa çatıb.
AzVision.az xəbər verir ki, 5–8 noyabrda baş tutan turnir Afrika qitəsinin dörd komandası – Nigeriya, Niger, Qana və Misir – arasında maraqlı qarşılaşmalarla yadda qalıb. Son oyun günündə Qana Misir üzərində 6:1 hesabı ilə qələbə qazanaraq üçüncü yeri tutub.


Gərgin keçən final görüşündə isə Nigeriya Niger üzərində 5:3 hesabı ilə məğlub edərək Afrika Çövkən Çempionatının qalibi adını qazanıb.


Nəticələrə əsasən yekun sıralama belə müəyyən olub:

1-ci yer – Nigeriya
2-ci yer – Niger
3-cü yer – Qana
4-cü yer – Misir




2026-cı ildə Bakıda keçiriləcək Dünya Çövkən Çempionatının reglamentinə əsasən, Nigeriya və Niger komandaları bu yarışa birbaşa vəsiqə qazanıblar.
Bu, Afrikada çövkənin inkişafı və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addım hesab olunur.





Guards Polo Club (Abuca) meydanında yüksək səviyyədə təşkil olunmuş turnir tamaşaçılara qədim çövkən oyununu müasir idman formatında izləmək imkanı yaradıb.





AzVision.az


Teqlər: Nigeriya   Niger   Çövkan  



Xəbər lenti