Vətəndaşların pullarını mənimsəyən şəxs tutulub

Vətəndaşların pullarını mənimsəyən şəxs tutulub
  10 Noyabr 2025    Oxunub:1060
Ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, polis əməkdaşları dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışovu saxlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   dələduzluq   saxlanma  



Xəbər lenti