İsrail Livanda "Hizbullah" obyektlərinə zərbələr endirib
Məlumata əsasən, Livan ərazisinin şərqindəki Bekaa bölgəsində və cənubundakı Nəbatiyə şəhərində yerləşən silahlıların hədəflərinə hücum edilib.
"Livanın cənubunda İsrail Müdafiə Ordusu son aylarda terrorçuluq fəaliyyətinin qeydə alındığı "Hizbullah" obyektinə zərbə endirib. Nəbatiyyədə bir neçə terrorçu hədəfinə hücum edilib. Bundan əlavə, Bekaa bölgəsində strateji silah istehsalı və saxlama müəssisələrinə qarşı bir sıra zərbələr endirilib", - deyə bildirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


