Ermənistanın XİN başçısı Danimarkaya səfər edəcək

Ermənistanın XİN başçısı Danimarkaya səfər edəcək
  10 Noyabr 2025    Oxunub:475
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-də Danimarkaya iki günlük işgüzar səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan feysbukdakı səhifəsində yazıb.

Məlumata görə, Mirzoyan danimarkalı həmkarı Lars Lökke Rasmussenlə görüşəcək. Səfər zamanı həmçinin digər görüşlər və müzakirələr də planlaşdırılır.

"Gündəliyə həm Ermənistan-Danimarka ikitərəfli münasibətlərinin inkişafı, həm də Danimarkanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyi nəzərə alınmaqla Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi ilə bağlı məsələlər daxildir", - məlumatda bildirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti