Cinayət törədən 20 şübhəli saxlanılıb

Cinayət törədən 20 şübhəli saxlanılıb
  11 Noyabr 2025    Oxunub:991
Polis əməkdaşları dünən ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, axtarışa verilmiş ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşib. Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti