DYP tətildən qayıdanlara müraciət ünvanlayıb

DYP tətildən qayıdanlara müraciət ünvanlayıb
  11 Noyabr 2025    Oxunub:1004
"Bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarında hərəkət intensivliyi artacaqdır".
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən AzVision.az -a məlumat verilib. İdarə hərəkət iştirakçılarından tətil günlərinin xoş əhval-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun və yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir:

"Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq".

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti