Zakir Həsənov türk həmkarına başsağlığı ünvanlayıb

Zakir Həsənov türk həmkarına başsağlığı ünvanlayıb
  11 Noyabr 2025    Oxunub:784
Müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərə başsağlığı verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, başsağlığında deyilir:

"Azərbaycandan Türkiyəyə yola düşən "C130" hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

AzVision.az


Teqlər: MN   Türkiyə   başsağlığı  



Xəbər lenti