Polşa prezidenti: “Tusk ən pis baş nazirdir”
“Mən baş nazirlə dövlətin fəaliyyəti ilə bağlı fundamental məsələlərdə əməkdaşlığı təmsil edirəm, eyni zamanda onu 1989-cu ildən bəri Polşa tarixində ən pis baş nazir sayıram. Düşünmürəm ki, biz fundamental məsələlərdə biz mübahisə etməyəcəyik”, - Polşa prezidenti vurğulayıb.
Xatırladaq ki, ötən həftə Polşanın baş naziri Donald Tusk prezidentin bir neçə kəşfiyyatçısına yüksək rütbələrin verilməsi haqqında fərmanı imzalamaqdan boyun qaçırmasını tənqid edib.
- Bu, Navrotskinin Polşa hökuməti ilə müharibəsində növbəti addımdır. Prezident olmaq üçün seçkilərdə qalib gəlmək kifayət deyil”, - Tusk yazmışdı.
Karol Navrotski, öz növbəsində, “Baş nazir olmaq üçün X şəbəkəsində status yerləşdirmək kifayət deyil” cavabını verərək, Donald Tusku “kəşfiyyat xidmətlərindən siyasi məqsədlər üçün istifadə etməkdə” günahlandırıb.
Sağçı müxalifətin təmsilçisi Navrotski ilə solçu Tusk arasında qarşıdurma avqustun 6-da yeni prezident kimi fəaliyyətə sonra ilk günlərdə başlayıb. Belə ki, artıq avqustun 7-də baş nazir prezidentə və onun təşəbbüslərinə qarşı “amansız” olacağını açıqlayıb.
Həmin vaxt “United Surveys” tədqiqat mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Polşa vətəndaşlarının 61,2%-i prezident və hökumət başçıları arasında yaxşı münasibətlərin mümkün olmadığını proqnozlaşdırıb. Respondentlərin yalnız 21,4%-i əks fikirdə olub.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Navrotski Tusk qarşıdurma







Vaxtında, Aydın, Lazımlı!


