Gələn il dəfn müavinəti üzrə orta məbləğ 944 manata çatacaq
Məlumata görə, bu artım son illərdə minimum əmək pensiyasının artırılması və sosial müavinət məbləğlərinin yenilənməsi ilə bağlıdır.
Belə ki, 2025-ci il iyulun 1-dən etibarən işləyən sığortaolunanlara ödənilən dəfn müavinəti 600 manata, vəfat etmiş əmək pensiyaçılarının ailəsinə ödənilən müavinət isə yaşa görə minimum pensiyanın 3 misli - 960 manata yüksəlib.
Hesabatda qeyd olunur ki, bu istiqamətdə artım əhalinin rifahının və sosial müdafiə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır və gələcək illərdə də bu tendensiyanın davam edəcəyi gözlənilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


