Qazaxıstan və Rusiya strateji müttəfiqlik bəyannaməsi imzaladı

Qazaxıstan və Rusiya strateji müttəfiqlik bəyannaməsi imzaladı
  12 Noyabr 2025    Oxunub:407
Qazaxıstan və Rusiya dövlət başçıları Moskvada keçirilən danışıqlardan sonra hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Bəyannamə imzalayıblar.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sənədi xalqlar arasında etimada və əməkdaşlığa əsaslanan tarixi əhəmiyyətli addım kimi qiymətləndirib.

O, iki ölkə münasibətlərinin möhkəmlənməsinə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.

Tokayev Putini qlobal səviyyədə tanınan dövlət xadimi adlandıraraq, onun Rusiya xalqının maraqlarını qorumaq iradəsini yüksək dəyərləndirib.

AzVision.az



Teqlər:



Xəbər lenti