( həlak olmuş ekipaj üzvləri )
C-130 təyyarəsi haqqında
C-130 “Hercules” modeli ABŞ istehsalıdır və 1950-ci illərdən bəri dünyanın bir çox ordusunda istifadə olunur. Bu təyyarələr ağır yüklərin daşınması, təxliyə əməliyyatları və humanitar missiyalar üçün nəzərdə tutulub.Türkiyə bu tip təyyarələri 1964-cü ildən bəri Hərbi Hava Qüvvələrinin inventarında saxlayır və hal-hazırda bir neçə modernləşdirilmiş C-130E və C-130B versiyasından istifadə edir. Təyyarə 4 turbavintli mühərrikə malikdir. 250 dən çox təyyarə istehsal edilib. ABŞ Kanada və Avstraliya daxil olmaqla 60 dan çox ölkə bu təyyarəni öz arsenalına qatıb.Maraqlı fakt budur ki , indiyədək C-130 təyrrarələri 400 dan çox qəzaya səbəb olub və 3466 insanın ölümünə səbəb olub. Təyyarə hal-hazırda 70-dən çox ölkənin silahlı qüvvələrində xidmət göstərir. "C-130", əsasən hərbi yük və şəxsi heyətin daşınması, hava desantı əməliyyatları, tibbi təxliyə, yanğınsöndürmə, humanitar yardım çatdırılması, eləcə də xüsusi əməliyyatlar üçün nəzərdə tutulub.

Ehtimal olunan səbəblər
Mütəxəssislərin ilkin təhlillərinə görə, qəzanın başvermə ehtimalları aşağıdakı istiqamətlərdə cəmlənir:
Texniki nasazlıq – Təyyarənin mühərrik və ya hidravlik sistemlərində qəfil nasazlıq baş verməsi mümkündür.
Pilotaj və ya naviqasiya xətası – Dağlıq ərazi və buludlu hava şəraiti təyyarənin trayektoriyasına təsir etmiş ola bilər.
Yüklənmə problemi – Hərbi yüklərin balanssız paylanması, C-130 tipli təyyarələrdə tarazlığın itirilməsinə səbəb ola bilər.
Təhlükəsizlik faktorları – Bəzi mənbələr təyyarənin “uçuşdan əvvəl texniki yoxlamadan keçib-keçmədiyini” sual altına alır, lakin bu versiya rəsmi olaraq təsdiqlənməyib.
Maraqlı fakt burasındadır ki, Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində buna bənzər bir neçə hadisə qeydə alınıb:
2001-ci ildə Kayseri yaxınlığında C-130 qəzasi – 34 nəfər həlak olmuşdu.
2018-ci ildə Isparta ərazisində CASA CN-235 təyyarəsinin qəzasi – 3 pilot ölmüşdü.
Bu hadisələr göstərir ki, Türkiyə hərbi aviasiyasında yaşlanan təyyarə parkı məsələsi hələ də aktualdır.
Türkiyə prezidenti R.T.Ərdoğan təyyarənin qara qutusunun tapıldığını təsdiq edib.
Elnur Məmmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


