"Nərimanov" stansiyasının çıxışı təmirə bağlanılır

"Nərimanov" stansiyasının çıxışı təmirə bağlanılır
  13 Noyabr 2025    Oxunub:834
Bakı Metropoliteni "Nərimanov" stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlayıb.
Metropolitendən AzVision.az -a verilən məlumata əsasən, qurum təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq 5 saylı çıxışdan istifadə etmələrini xahiş edir.

Bildirilir ki, işlərin cari ayın sonunadək tamamlanması nəzərdə tutulur.

AzVision.az


Teqlər: metro  



Xəbər lenti