Böyük Zəfərin 5-ci ildönümünə təsadüf edən andiçmə mərasimlərində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində mətinliklə döyüşmüş sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini xüsusi vurğulayıblar.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.
Tədbirlərdə Vətənə, dövlətə sədaqət andı içən gənc əsgərlərin nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və Müzəffər Ali Baş Komandana daim sadiq qalacaqlarına, Vətən sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.
Hərbi qulluqçuların valideynləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.
Andiçmə mərasimləri gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


