Aİ Ukraynadakı korrupsiya qalmaqalına münasibət bildirib

   Aİ Ukraynadakı korrupsiya qalmaqalına münasibət bildirib
  13 Noyabr 2025    Oxunub:1132
Ukraynanın enerji sektorundakı korrupsiya qalmaqalı “son dərəcə təəssüf doğurur” və Kiyev buna ciddi yanaşmalıdır.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas belə deyib.

“Xüsusilə indi korrupsiyaya yer yoxdur. Yəni, sözün əsl mənasında xalqın pulu cəbhəyə getməlidir. Düşünürəm ki, cəld hərəkət edən Ukrayna hakimiyyəti həqiqətən buna çox ciddi yanaşıb”, - rəsmi Kiyevin istintaq aparmasına və günahkarların məsuliyyətə cəlb olunmasına işarə edən Kaya Kallas Kanadada G7 ölkələrinin Xarici İşlər nazirlərinin yığıncağı zamanı qyyri-rəsmi söhbətlərdə bildirib.

Ukrayna mətbuatının məlumatına görə, bu gün ölkə prezidenti Volodimir Zelenski “Enerqoatom” şirkətinin mənimsəmə işində çirkli pulların yuyulmasında şübhəli bilinən Timur Mindiç və Aleksandr Tsukermana qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Müvafiq sənəd Prezident ofisinin saytında dərc olunub.

Ukraynadakı qalmaqal kimə sərf edir?
“Enerqoatom”da mənimsəmələrə görə Timur Mindiç və Aleksandr Tsukermana qarşı 3 il müddətinə məhdudiyyətlər qoyulub. İmzalanan fərmanlara əsasən, hər iki müttəhim İsrail vətəndaşıdır. Onlara qarşı Ukraynanın “Sanksiyalar haqqında” qanununda nəzərdə tutulmuş sanksiyaların tam paketi tətbiq edilib.

Ukrayna Xarici İşlər nazirliyinə Aİ, ABŞ və digər ölkələrin səlahiyyətli orqanlarına sanksiyaların tətbiqi barədə məlumat vermək və onlar qarşısında oxşar məhdudiyyətlərin təşəbbüsünə başlamaq tapşırılıb.

Xatırladaq ki, noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) “Enerqoatom” Milli Atom Enerjisi istehsalçışı şirkətində böyük korrupsiya sxemi ilə bağlı keçirdiyi “Midas” əməliyyatının nəticələrini açıqlayıb.

Maraqlıdır ki, bəzi avropalı məmurlar və diplomatlar bu qalmaqaldan Ukraynanın düşmənlərinin sui-istifadə edə biləcəklərini düşünürlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kallas   Ukrayna   korrupsiya  



Xəbər lenti