Mədəniyyət Nazirliyi Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib

Mədəniyyət Nazirliyi Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib
  13 Noyabr 2025    Oxunub:465
Tanınmış azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə avtomobil qəzası nəticəsində həlak olub.
Mədəniyyət Nazirliyi AzVision.az -a bildirib ki, ölkəmizlə bağlı yüksək peşəkarlıqla hazırladığı reportajlar, xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsini əks etdirən süjetləri Emin İbrahimova böyük nüfuz qazandırıb. O, eyni zamanda Mədəniyyət Nazirliyinin həyata keçirdiyi bir sıra layihələrin bu telekanal vasitəsilə dünyaya çatdırılmasında mühüm rol oynayıb:

"Mədəniyyət Nazirliyinin kollektivi Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin".

AzVision.az



Teqlər:



Xəbər lenti